"Öncə klub prezidenti ilə görüşdük. Riad Rəfiyev bu klubun böyük layihə olduğunu bildirdi. Onunla danışdıqdan sonra 1 illik müqavilə bağladıq".
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu "Sumqayıt" komandasının yeni baş məşqçisi Saşa İliç keçirdiyi mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis bəzi məlumatları Azərbaycanda çıxış etmiş futbolçulardan aldığını bildirib.
"Stadion və şəraitlə tanış oldum. Növbəti mövsüm daha yaxşı nəticələr uğrunda mübarizə aparacağıq", deyən İliç "Futbolda hər şey tez dəyişir. Mənim üçün əsas məsələ komandanı qurmaq, oyun üslubunu müəyyənləşdirməkdir. Bundan ötrü kifayət qədər zamanımız var" əlavə edib.
İdman.biz