“Araz-Naxçıvan” “Trabzonspor”la oynayacaq - RƏQİBLƏR

Xəbərlər
7 İyul 2025 16:58
44
“Araz-Naxçıvan” “Trabzonspor”la oynayacaq - RƏQİBLƏR

Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi hər 3 matçda Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.

Elmar Baxşıyevin komandası iyulun 9-da “Bayburtspor”la üz-üzə gələcək. 2 gün sonra “Alanyaspor”la oynayacaq “Araz-Naxçıvan” son matçını “Trabzonspor”a qarşı keçirəcək. Görüş iyulun 17-də olacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. İlk oyun iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə keçiriləcək.

İdman.biz