Azərbaycan Premyer Liqasının püşkatma mərasiminin vaxtı açıqlanıb

Xəbərlər
7 İyul 2025 16:38
49
Azərbaycan Premyer Liqasının püşkatma mərasiminin vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

İdman.biz xəbər verir ki, tədbir iyulun 18 -də "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda baş tutacaq.

Püşkatma "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.

İdman.biz