Niko Uilyams "Atletik"də qalır - yeni müqavilə imzalanıb

Xəbərlər
4 İyul 2025 13:31
57
Niko Uilyams "Atletik"də qalır - yeni müqavilə imzalanıb

İspaniyalı vinger Niko Uilyams "Atletik Bilbao" ilə müqaviləsini yeniləyib.

İdman.biz xəbər verir ki, futbolçu 2035-ci ilə kimi bu kluba məxsus olacaq.

Uilyams əvvəlki müqaviləsinin 2027-ci ilin yayında başa çatması nəzərdə tutlmuşdu.

Yeni müqaviləyə əsasən, futbolçunun transfer qiymətinin təxminən 58 milyon avrodan 90 milyon avroya yüksəldiyi bildirilir.

Qeyd edək ki, daha əvvəl "Barselona"nın Niko Uilyamsın transferi ilə bağlı danışıqların son mərhələsinə çatdığı bildirilmişdi. O, ötən mövsüm 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

İdman.biz