Avropa Liqasında debüt edəcək “Sabah” üçüncü transferini gerçəkləşdirib.
İdman.biz “Sportinfo”ya istinadən xəbər verir ki, bunadək Akim Zedadka ("Pyast", Polşa) və Stiv Solveti (“Martiq”, Fransa) sıralarına qatmış Azərbaycan kubokunun sahibi yenə ölkə xaricinə üz tutub.
Masazır təmsilçisi Zinədin Uld Xaledlə anlaşıb. 25 yaşlı əlcəzairli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
2020-ci ildən ölkəsinin əsas millisinə dəvət olunan və bu müddətdə 42 oyuna çıxıb, 1 qol vuran orta sahə oyunçusu son mövsümdə Fransada “Anje”nin formasını geyinib.
İdman.biz