“Kristal Palas”ın yetirməsi Azərbaycanda

Xəbərlər
30 İyun 2025 17:52
59
“Kristal Palas”ın yetirməsi Azərbaycanda

İngiltərəli Kil Spens gələn mövsümü Azərbaycanda keçirəcək.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, adıçəkilən legioner "Karvan"la anlaşıb.

28 yaşlı vinger 16 ildən sonra Premyer Liqaya dönmüş Yevlax klubu ilə 1 illik müqavilə imzalayıb.

"Kristal Palas"ın yetirməsi yaxın günlərdə ölkəmizə təşrif buyuracaq.

Ümumiyyətlə, "Karvan" onun karyerasında 14-cu komanda olacaq. Spens buna qədər ölkəsi ilə yanaşı, Norveç, Litva, Almaniya və İspaniyada çıxış edib.

O, son olaraq Şimali İrlandiyada «Kolerayn»nın formasını geyinib.

Ötən illər ərzində «Hampton, «Kinqstonian», «East Qrinstad Taun», «Valdres», «Alta», «Oyqarden», «Hegelmann», «FSV Frankfurt», "Velez" və "Qzira Yunayted"in şərəfini qoruyub.

İdman.biz