"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrıla bilər.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Toral Bayramovun Azərbaycan çempionunu tərk etmək ehtimalı var.
24 yaşlı sol cinah müdafiəçisinə Belçika və Polşa klublarının ciddi marağı var. Azərbaycan milli komandasının üzvü təklifləri götür-qoy edir.
Qeyd edək ki, Toral Bayramov ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 51 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz