"Qəbələ" müdafiəçisi ilə yolları ayırıb

Xəbərlər
26 İyun 2025 12:38
44
"Qəbələ" müdafiəçisi ilə yolları ayırıb

Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadə "Qəbələ"dən ayrılıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı Sport24.az-a açıqlamasında futbolçunun özü verib.

O bildirib ki, klub yeni müqavilə təklif etsə də, razılıq əldə olunmayıb: "İlkin danışıqlar getdi və bəzi nüanslara görə alınmadı. Buna görə də "Qəbələ" ilə yolları ayırdım".

Qeyd edək ki, ötən mövsüm Birinci Liqada çempion olan "Qəbələ" Premyer Liqaya yüksəlib.

İdman.biz