Yaya Ture baş məşqçiliyə başlayır

Xəbərlər
26 İyun 2025 11:59
34
Yaya Ture baş məşqçiliyə başlayır

Yaya Ture baş məşqçi karyerasına başlayır.

İdman.biz xəbər verir ki, jurnalist Sacha Tavoleri kot d'ivuarlı mütəxəssisin yeni mövsümdə Belçikanın "RVD Molenbeek" komandasını çalışdıracağı barədə məlumat yayıb.

42 yaşlı Ture əvvəllər “Olimpik Donetsk”, “Axmat”, "Standard" klublarında və Səudiyyə Ərəbistanı millisində köməkçi məşqçi işləyib, "Tottenhem"in akademiyasında çalışıb.

O, futbolçu kimi karyerasının böyük hissəsini "Mançester Siti"də keçirib və 4 dəfə Afrikanın ən yaxşı oyunçusu seçilib (2011, 2012, 2013, 2014).

Qeyd edək ki, "RVD Molenbeek" 2024/25 mövsümündə Belçika çempionatının ikinci divizionunda üçüncü yeri tutub və yüksək liqaya yüksəlmək üçün keçirilən pley-offda "Lokeren-Temse"yə uduzub (0:2, 3:2).

İdman.biz