7 ildən sonra “Sumqayıt”dan ayrılıb

Xəbərlər
25 İyun 2025 10:39
39
7 ildən sonra “Sumqayıt”dan ayrılıb

“Sumqayıt" daha bir futbolçusu ilə vidalaşıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Murad Xaçayev ilə yollar ayrılıb.

Yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, 2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Xaçayev bu müddət ərzində bütün turnirlər daxil olmaqla 176 oyun keçirib. O, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz