"Karvan"ı Azər Məmmədov çalışdıra bilər - danışıqlar gedir

Xəbərlər
24 İyun 2025 17:22
65
"Karvan"ı Azər Məmmədov çalışdıra bilər - danışıqlar gedir

Yeni mövsümdən Misli Premyer Liqasında yarışacaq "Karvan"ın baş məşqçisi Azər Məmmədov ola bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Yevlax təmsilçisi 49 yaşlı mütəxəssisə bu postu təklif edib.

Üstəlik, Məmmədov baş məşqçi postunda işləsə belə, ötən mövsüm komandanı yüksək liqaya daşıyan Kənan Kərimov "Karvan"dan ayrılmayacaq.

Amma Azər Məmmədovun "Karvan"ı çalışdırıb-çalışdırmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Məsələ burasındadır ki, 49 yaşlı mütəxəssisin Premyer Liqa klubunu çalışdırması üçün maliyyə məsələsində razılıq əldə edilməlidir.

İdman.biz