İyulun 5-də 2025/2026 mövsümün hazırlığına start verəcək “Şamaxı”nın daha bir rəqibi müəyyənləşoib.
İdman.biz xəbər verir ki, komanda yoxlama oyununda “Kəpəz” ilə qarşılaşacaq.
Qəbələdə hazırlıq keçəcək Ayxan Abbasovun yetirmələri Gəncə təmsilçisi ilə iyulun 26-da qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Şamaxı"nın bundan əvvəl iyulun 14-də “Qəbələ”, bir həftə sonra isə “Karvan”la qarşılaşacağı dəqiqləşib.
İdman.biz