"Sabah" Qazaxıstanda çempion olub

Xəbərlər
21 İyun 2025 09:30
51
"Sabah" Qazaxıstanda çempion olub

Qazaxıstanın Konayev şəhərində keçirilən "Qonaev City Cup" beynəlxalq futbol turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, "Sabah"ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli "Ceyran" klubunu böyük hesabla məğlub edib - 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu Bakı təmsilçisi final oyununda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

"Qonaev City Cup"
Yarımfinal

Ceyran - Sabah - 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov.

Final
Sabah - OSDYŞ Konayev - 9:0
Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli.

İdman.biz