Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan kubokunun sahibi “Sabah”ın da potensial rəqibləri dəqiqləşib.
Bakı təmsilçisi ilk mərhələdə Sloveniya "Selye"sini keçərsə, AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütlərinin qalibi ilə qarşılaşacaq.
Komandalar arasında ilk matç iyulun 24-də evdə, cavab oyunu ayın 21-də səfərdə olacaq.
*****
Saat. 10:53
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.
Azərbaycan kubokunun sahibi "Sabah" ilk mərhələdə Sloveniya "Selye"sini keçsə, "Braqa" (Portuqaliya), "Luqano" (İsveçrə) və "Legiya" (Polşa) - "Aktobe" (Qazaxıstan), AEK (Larnaka, Kipr) - "Partizan" (Belqrad, Serbiya) cütlərinin qaliblərindən biri ilə qarşılaşacaq.
İdman.biz