AFFA-nın Yarışların təşkili departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
İdman.biz xəbər verir ki, qurumun inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.
İdman.biz