"Sabah" Vasili Berezutski ilə vidalaşıb

Xəbərlər
14 İyun 2025 20:32
64
"Sabah" Vasili Berezutski ilə vidalaşıb

"Sabah" baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubundan rəsmi açıqlama yayılıb.

Rusiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Sabah" Vasili Berezutskinin rəhbərliyi ilə tarixində ilk titulunu - Azərbaycan kubokunu qazanıb.

İdman.biz