Yenidən “Kəpəz”ə qayıdan baş məşqçi Adil Şükürovun köməkçiləri müəyyənləşib.
İdman.biz Futboxleber.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin əsas köməkçisi daha əvvəl də birgə çalışdığı İlyas Qurbanov olacaq.
İkinci köməkçi Zaur Əsədovdur. Elmir Hüseynov analitik postunu tutacaq. Qapıçılarla işləyən məşqçi isə Vüqar Məmmədov təyin edilib.
Adil Şükürovun daha bir köməkçisi isə əcnəbi olacaq. Söhbət fiziki hazırlıq üzrə mütəxəssisdən gedir.
Bu təyinatın tezliklə reallaşacağı gözlənilir.
İdman.biz