Filippo İnzagi "Piza"nı yüksək liqaya çıxarsa da, özü yenidən B Seriyasına qayıdıb

Xəbərlər
12 İyun 2025 10:06
51
Filippo İnzagi "Piza"nı yüksək liqaya çıxarsa da, özü yenidən B Seriyasına qayıdıb

Filippo İnzagi "Palermo"nu çalışdıracaq.

İdman.biz xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssis siciliyalılarla A Seriyasına yüksələcəkləri təqdirdə daha bir mövsüm uzatmaq imkanı ilə 2 il müddətinə anlaşıb.

İnzagi 34 illik fasilədən sonra “Piza”nı yüksək diviziona çıxarıb. Klub ona görə təxminən 700 min avro məbləğində təzminat alacaq.

Qeyd edək ki, “Palermo” ötən mövsüm B Seriyasını 8-ci pillədə başa vurub.

İdman.biz