“Neftçi” “Apollon”dan növbəti futbolçunu heyətinə qatmaq istəyir

Xəbərlər
12 İyun 2025 09:31
58
“Neftçi” “Apollon”dan növbəti futbolçunu heyətinə qatmaq istəyir

Kiprin “Apollon” klubundan Sessi D’Almeydanı heyətə qatan “Neftçi” bu komandadan daha bir oyunçunu istəyir.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” komandanın fransız yarımmüdafiəçisi Şarl Boli ilə danışıqlara başlayıb.

Tərəflər artıq ilkin razılıq əldə ediblər. Əslən Fil Dişi Sahilidən olan 26 yaşlı oyunçu tezliklə Bakıya gəlməlidir.

Şarl Boli Şotlandiyada doğulub. Amma o, futbolçu karyerasına Fransada başlayıb. “Lans” futbol akademiyasında yetişən oyunçu daha sonra bu klubun əsas komandasında meydana çıxıb. Burada isə cəmi 14 oyun keçirib. 2021-ci ildə isə icarə əsasında Liqa 2-də çıxış edən “Paris” klubuna icarəyə verilib. 2021/2022-ci il mövsümünün ikinci yarısını isə o, “Viçenza”da keçirib, daha sonra Fransaya qayıdıb. Burada “Pau” klubunda iki mövsüm oynayıb, 54 matça çıxıb və 4 dəfə rəqib qapılarına yol tapıb. 2024-cü ildə Boli “Apollon”a transfer olunub. Burada o, 19 qarşılşmada meydana çıxıb, 1 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, "Neftçi" artıq “Apollon”dan bir transfer edib və klubun digər oyunçusu Giorgios Malekkidislə də danışıqlar gedir. Şarl siyahıda 3-cüdür.

İdman.biz