Şakir Seyidov: “Yerli və xarici klublardan təkliflərim var”

Xəbərlər
11 İyun 2025 16:28
49
Şakir Seyidov: “Yerli və xarici klublardan təkliflərim var”

“Hazırda müxtəlif klublardan təkliflərim var”.

Bunu İdman.biz-ə “Sabah” klubu ilə yollarını ayıran Şakir Seyidov deyib.

O, hələlik karyerası ilə bağlı qərar vermədiyini və istirahətdə olduğunu bildirib: “Sabah” klubu ilə yollarımız ayrıldı. Müxtəlif yerli və xarici klublardan təkliflərim var. Lakin hələ qərar verməmişəm. İstirahətdən sonra hansı komandaya qoşulacağım dəqiqləşəcək”.

Qeyd edək ki, Seyidov 2018-ci ildən “Sabah”ın formasını geyinirdi. Bu müddət ərzində 60 matça çıxan 24 yaşlı oyunçu 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Eyni zamanda o, cari mövsüm “bayquşlar”la ölkə kubokunda qələbə qazanıb.

Mehri Qurban
İdman.biz