Leroy Sane “Qalatasaray”da - VİDEO

Xəbərlər
11 İyun 2025 13:02
64
Leroy Sane “Qalatasaray”da - VİDEO

Almaniya millisinin və “Bavariya”ınn ulduz futbolçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə məşhur “Bild” nəşri məlumat yayıb.

Son məlumatlara görə, artıq tərəflər arasında razılıq əldə olunub. 29 yaşlı futbolçu “Qalatasaray”la müqavilə imzalamaq üçün tezliklə İstanbula yollanacaq. Onun “sarı qırmızılar”la sözləşməsinin 3 illik olacağı bildirilir.

Qeyd edək ki, Sane 2020-ci ildən “Bavariya”nın şərəfini qoruyur və müqaviləsinin müddəti iyunun sonunda başa çatır. Bu müddət ərzində 220 matça çıxan Sane 61 qol və 55 məhsuldar ötürmə müəllifi olub. Eyni zamanda o, klubla Almaniya çempionatı, Superkuboku və UEFA Superkubokunda qalib gəlib.

İdman.biz