Marko Rossi: "Rəqibin bəxti gətirsəydi, oyun heç-heçə bitə bilərdi"

Xəbərlər
10 İyun 2025 22:25
52
Marko Rossi: "Rəqibin bəxti gətirsəydi, oyun heç-heçə bitə bilərdi"

"İstədiyimizi əldə etdik".

İdman.biz xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisi ilə yoldaşlıq görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis 2:1 hesablı qələbə qazandıqları oyunu şərh edib: "Dünən də qeyd etdiyim kimi rəqibə hörmətlə yanaşırdıq. İstədiyimizi əldə etdik. Son on dəqiqədə müəyyən qədər bizdə yorğunluq hiss olundu. Hər iki komanda sona kimi mübarizə apardı. Azərbaycan millisi də yaxşı oynadı. Oyunun sonlarında rəqibin bəxti gətirsəydi, oyun heç-heçə bitə bilərdi".

Qeyd edək ki, hər 3 qol matçın birinci hissəsində qeydə alınıb. Millimizin heyətində Renat Dadaşov fərqlənib.

Aytac Sahəd
İdman.biz