Yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” 9 futbolçusu ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, Tovuz təmsilçisi İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollarını ayrılıb.
Onların hər birinin müqavilə müddətləri başa çatdığından uzadılmamasına qərar verilib.
İdman.biz