Lamin Yamal planetin ən bahalı futbolçusu olub

Xəbərlər
9 İyun 2025 17:06
60
Lamin Yamal planetin ən bahalı futbolçusu olub

Transfermarkt portalı İspaniya çempionatında çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.

İdman.biz xəbər verir ki, "Barselona"nın və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamalın qiyməti 20 milyon avro bahalaşıb.

Onun dəyəri hazırda planetin ən bahalı futbolçusu kimi 200 milyon avrodur.

Reytinqin keçmiş lideri, Madrid “Real”ının və Braziliya millisinin cinah oyunçusu Vinisius Juniorun dəyəri 30 milyon avro ucuzlaşıb və hazırda dünyada beşinci yerdədir (170 milyon).

2-3-cü yerləri Jud Bellinqem, Kilian Mbappe (hər ikisi – “Real”) və Erlinq Haaland (“Mançester Siti”) bölüşürlər. Onların hər birinin qiyməti 180 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Yamal 2024/25 mövsümündə "Barselona"nın heyətində 55 matçda 18 qol vurub və 21 məhsuldar ötürmə edib.

İdman.biz