Latviya parlamentinin deputatı: “Dostluq qalib gələcək” - FOTO

Xəbərlər
7 İyun 2025 13:41
43
Latviya parlamentinin deputatı: “Dostluq qalib gələcək” - FOTO

"Belə oyunlar, ümumiyyətlə idman ölkələr arasında münasibətlərin möhkəmlənməsi baxımından faydalıdır. Buna görə də, belə görüşlər nə qədər çox olsa, o qədər yaxşıdı".

İdman.biz xəbər verir ki, bunu Latviya seyminin deputatı Amil Səlimov Sports.az-a Azərbaycan və Latviya millilərinin bu gün keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb.

Latviya Seyminin azərbaycanlı millət vəkili bugünkü matçın onun üçün ikiqat sevincli olduğunu deyib: "2018-ci ildə milli komandalarımız arasında burda keçirilən oyunda idim. Qurban Qurbanovun baş məşqçisi olduğu millimiz 3:1 hesabı ilə uddu. O zaman oyunumuz çox xoşuma gəldi, çox bəyəndim.

Keçən il mən Latviyada yaşayan 1 avtobus azərbaycanlı azarkeşi Tallinə Estoniya ilə oyunumuza aparmışdım.

Bu gün də Latviyada yaşayan azərbaycanlılar, diaspora nümayəndələri stadionda olacağıq, komandamıza dəstək verəcəyik.

Hər iki ölkə mənim üçün doğmadı. Dostluq qalib gələcək!".

İdman.biz