Leandro Andrade: “Bu xatirə ömrüm boyu yadımdan çıxmayacaq”

Xəbərlər
4 İyun 2025 15:08
63
Leandro Andrade: “Bu xatirə ömrüm boyu yadımdan çıxmayacaq”

“Bu nəticə məni xoşbəxt edir”.

Bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Leandro Andrade deyib.

Misli Premyer Liqasında 2024/25 mövsümündə çempionatın bombardiri olan yarımmüdafiəçi fikirlərini bölüşüb: “Bir şey uğrunda çox çalışıb, bu cür mükafat almaq olduqca xoşdur. Bu xatirə ömrüm boyu yadımdan çıxmayacaq. Çox sevincliyəm”.

Andrade Azərbaycan Kubokunda “Qarabağ”ın məğlubiyyətinə görə məyus olduğunu da gizlətməyib: “Finalda qələbə qazansaydıq, daha xoşbəxt olardım. Ancaq futbolda belə hallar da olur. Əsas odur ki, indi tətilə çıxacağam və ailəmi görəcəyəm. Onlar üçün çox darıxmışam”.

Qeyd edək ki, Andrade 2022-ci ilin yanvarından komandanın formasını geyinir. Yarımmüdafiəçinin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci il iyununa qədərdir. O, 15 qolla mövsümün bombardiri olub.

Aytac Sahəd
İdman.biz