“Araz-Naxçıvan”ın sabiq kapitanı od püskürüb: “Bütün prosesləri görəsən və axırda lazım olmayasan”

Xəbərlər
4 İyun 2025 14:16
67
“Araz-Naxçıvan”ın sabiq kapitanı od püskürüb: “Bütün prosesləri görəsən və axırda lazım olmayasan”

“Klub rəhbərliyi mənimlə davam etmək istəmədi”.

Bunu İdman.biz-ə futbolçu Vadim Abdullayev deyib.

31 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yollarını ayırmasına münasibət bildirib. Abdullayevin sözlərinə görə, qərar onun üçün gözlənilməz olub: “Bu qədər oyun oynamışam, komandanın bu yerə gəlib çatmasında əsas pay sahiblərindən biri də mənəm. Ancaq bu, futboldur, həyatdır. İstəmədilər. Mən də çıxası oldum. Qərarı dünən öyrənmişəm. Hələ ki, təkliflər yoxdur. Mənim yerimdə hansı futbolçu olsa, pis olar. “Araz Naxçıvan”da məndən çox oyun keçirən yoxdur. Komandanın kapitanı olmuşam. “Araz Naxçıvan”ı millidə təmsil etmişəm. Komanda ilk dəfə Konfrans Liqasına düşüb. Bütün prosesləri görəsən və axırda sən lazım olmayasan. Ağırdır. Mənim üçün “Araz Naxçıvan” səhifəsi bağlandı”.

Qeyd edək ki, Abdullayev 2022-ci ildən “Araz-Naxçıvan”da oynayırdı.

Aytac Sahəd
İdman.biz