Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırıb

Xəbərlər
4 İyun 2025 13:37
58
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

İdman.biz xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

İdman.biz