Ayxan Abbasov: “Belarusla oyun bizim üçün vacibdir”

Xəbərlər
4 İyun 2025 12:49
63
Ayxan Abbasov: “Belarusla oyun bizim üçün vacibdir”

“Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Bunu İdman.biz-ə Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, bu gün Belarusun U-21 yığması ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi fikirlərini açıqlayıb. Abbasov bildirib ki, qarşılaşmada komandasına inanır: “Bu son təlim-məşq toplanışımızdır və üçüncü oyunumuzu keçirəcəyik. İki matçdan sonra rəsmi görüşlər olacaq. Çətin qrupda, çətin rəqiblərə qarşı mübarizə aparacağıq. Bu səbəbdən qarşılaşmalar bizim üçün vacibdir. Futbolçularıma inanıram. Əzmkarlıq, istək nümayiş etdirərək, əsl oyunumuzu göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun və yaxşı mübarizə gözləyirəm”.

Qeyd edək ki, Belarus – Azərbaycan oyunu Baranoviçi şəhər stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 20-də start götürəcək. Millinin hazırlıq çərçivəsində digər qarşılaşması isə iyunun 8-i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 yığmasına qarşı olacaq.

Mehri Qurban
İdman.biz