Rəvan Kərimov: “Hər şey istədiyimiz kimi oldu”

Xəbərlər
2 İyun 2025 14:58
61
Rəvan Kərimov: “Hər şey istədiyimiz kimi oldu”

“Bu qalibiyyətin davamını gətirmək istəyirik”.

Bunu İdman.biz-ə minifutbol üzrə Azərbaycan millisinin üzvü Rəvan Kərimov deyib.

O, yığmanın Bakıda keçirilən dünya çempionatının qalibi olmasından danışıb. Kərimov bildirib ki, yarış kifayət qədər gərgin keçib: “Öz ölkəmizdə azarkeşlərin önündə oynadığımız üçün böyük məsuliyyət hiss edirdik. Təbii ki, bütün oyunlara ciddi yanaşırdıq. Ancaq ən çətin oyunumuz erkən final hesab edilən Rumıniya ilə qarşılaşma oldu. Əvvəlcədən məqsədimiz çempion olmaq idi, hazırlıqlarımızı da buna əsasən qurmuşduq. Hər şey istədiyimiz kimi oldu”.

Qeyd edək ki, Azərbaycan yığması mundialın finalında Macarıstana 4:2 hesabı ilə qalib gələrək ilk dəfə dünya çempionu olub.

Aytac Sahəd
İdman.biz