“Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının direktoru kimi yarışın necə inkişaf etməsindən hədsiz qürur duyuram”.
İdman.biz xəbər verir ki, bunu Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının direktoru Nemanya Lyubimoviç deyib.
O, ümumilikdə tədbirin ən yüksək səviyyədə keçirildiyini vurğulayıb: "Təşkilatçılıq baxımından hər şey əla keçdi - maddi-texniki təminatdan tutmuş planlaşdırma, ünsiyyət, komandaların koordinasiyasına, istənilən məsələlərin operativ həllinə qədər. Bundan əlavə, ictimaiyyətin müsbət reaksiyasından çox məmnunam, xarici azarkeşlər qonaqpərvərliyi yüksək qiymətləndirdilər. Ümumilikdə, bu, böyük uğur və xoş turnir idi”.
Direktor, həmçinin minifutbol üzrə ilin əsas turnirinin inkişafı ilə bağlı da fikirlərini bölüşüb: "Dünya çempionatının təkamülü diqqətəlayiq oldu. Növbəti mundial daha yeni və yaxşı bir şey gətirdi - təşkilatçılıq, yayımda daha yüksək standartlar, ölkələrin daha fəal iştirakı və meydanda rəqabət qabiliyyətinin artmasına qədər. Təkmilləşdirmələr turnirin hər bir hissəsinin peşəkarlaşması və modernləşdirilməsidir. Qeyd etdiyim məqamlar çempionatın təşkilatçılığının nə qədər yüksək olduğunu göstərir".
İdman.biz