Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vuran və UEFA Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan “Araz-Naxçıvan” “bürünc” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqaviləni yeniləyib.
İdman.biz xəbər verir ki, Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
İdman.biz