"Şamaxı"da daha bir ayrılıq

29 May 2025 14:25
330
"Şamaxı"da daha bir ayrılıq

"Şamaxı" futbolçusu Vasiliye Radenoviç ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə müqavilə müddəti başa çatıb.

Klub Radenoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Radenoviç ötən ilin yayından "Şamaxı"da oynayırdı. "Şamaxı" daha əvvəl Vasiliye Bakiç, Brahim Konate və Leroy Mikelslə də yollarını ayırıb.

İdman.biz