Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü üçün “transfer pəncərələri”nin vaxtı bəlli olub.
İdman.biz xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Yay transfer dövrü iyunun 19-dan sentyabrın 10-na (saat 23:59) qədər davam edəcək. Qış transfer dövrü isə 2026-cı il yanvarın 14-dən fevralın 10-dək (saat 23:59) olan vaxtı əhatə edəcək. 2026-cı il martın 31-i isə azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix kimi müəyyən edilib.
İdman.biz