Meydan sahiblərində 42 yaşlı, qonaqlarda 41 yaşlı futbolçular fərqləniblər

Xəbərlər
28 May 2025 18:29
31
Meydan sahiblərində 42 yaşlı, qonaqlarda 41 yaşlı futbolçular fərqləniblər

Libertadores kuboku qrup mərhələsinin son turunda Paraqvayın “Libertad” və Perunun “Alianza Lima” komandaları 2:2 hesablı heç-heçə ediblər.

İdman.biz xəbər verir ki, oyunun maraqlı məqamlarından biri isə qolların müəllifləri olub.

Libertadores kuboku tarixində ilk dəfə bir oyunda müxtəlif komandaların heyətində 40 yaşdan yuxarı iki futbolçu fərqlənib.

Paraqvay klubunun heyətində Avropada “Benfika”da çıxışı ilə tanınan 42 yaşlı Oskar Kardoso, Peru təmsilçisində isə vaxtilə “Bavariya” və “Hamburq”da oynamış 41 yaşlı Paolo Gerrero qol vurublar.

Qeyd edək ki, "Libertad" 1/8 finala vəsiqə qazanıb, “Alianza Lima” isə mübarizəni "Copa Sudamericana" turnirində davam etdirəcək.

İdman.biz