“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinə çağırılıb.
İdman.biz xəbər verir ki, 25 yaşlı qolkiper iyunda keçiriləcək matçlara dəvət alıb.
Polşa yığması iyunun 6-da evdə Moldova ilə yoldaşlıq oyunu keçirəcək. Dörd gün sonra DÇ-2026-nın seçmə oyununa çıxacaq komanda Finlandiyanın qonağı olacaq.
Qeyd edək ki, 2024-cü ilin yayında “Qarabağ”a keçən Koxalski millidə debüt etməyib.
İdman.biz