Raul gənclər komandasından gedir

Xəbərlər
27 May 2025 18:00
35
Raul gənclər komandasından gedir

Raul “Real”ın gənclər komandasını tərk edib.

İdman.biz xəbər verir ki, Madrid klubu 47 yaşlı mütəxəssisin “Kastilya”nın baş məşqçi postundan ayrıldığını açıqlayıb.

Raul “Real”ın gənclər komandasına 6 il rəhbərlik edib və 2019/20 mövsümündə onlar UEFA Gənclər Liqasının qalibi olublar. Ümumilikdə ispaniyalı məşqçi klubun gənclər sistemində 7 il çalışıb və bu müddətdə bir il də yeniyetmələr komandasında işləyib.

Qeyd edək ki, Raulun “Lids”, “Vilyarreal” və “Şalke” klublarından təklif aldığı bildirilirdi.

İdman.biz