Azərbaycan Premyer Liqasında yeni mövsümün startının vaxtı açıqlanıb

Xəbərlər
27 May 2025 16:50
56
Azərbaycan Premyer Liqasında yeni mövsümün startının vaxtı açıqlanıb

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün startı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti açıqlayıb.

Qurumun qərarına əsasən yeni mövsüm avqustun 15-də başlanacaq. Yeni mövsümdə 12 komanda mübarizə aparacaq. Komandalar 3 dövrədə 33 turda mükafatçıları müəyyənləşdirəcək.

Qeyd edək ki, Premyer Liqanın son qalibi 2024/25 mövsümünün çempionu “Qarabağ” olub.

İdman.biz