Ağadadaş Salyanski diskvalifikasiya olunub

Xəbərlər
27 May 2025 13:07
96
Ağadadaş Salyanski diskvalifikasiya olunub

Əvəzedicilər liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” oyununda yaşananlara hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarları AFFA-nın İntizam Komitəsi verib.

Matçın 90+3-cü dəqiqəsində “Sabah-2”nin analitiki Cəbrayıl Qəmbərov oyun zamanı meydançaya kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klub 350 manat cərimələnib.

Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah-2” 80 manat cərimə edilib.

“Neftçi-2” 4 sarı vərəqə aldığı üçün 70 manat ödəyəcək.

“Neftçi-2”nin futbolçusu Ağadadaş Salyanski təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Klub 300 manat cərimə olunub.

İdman.biz