Quba klubunun futbolçusu rəqibini vurduğu üçün cəzalanıb

Xəbərlər
27 May 2025 13:01
42
Quba klubunun futbolçusu rəqibini vurduğu üçün cəzalanıb

Azərbaycan çempionatının II Liqasında keçirilən “Araz Saatlı” – “Hypers Guba” matçında baş verən qalmaqalın günahkarları cəzalanıb.

İdman.biz xəbər verir ki, XXVI turun oyunu ilə bağlı qərarları AFFA-nın İntizam Komitəsi verib.

Xoşagəlməz hadisə 68-ci dəqiqədə yaşanıb. “Araz Saatlı”nın futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 4 matçlıq cəzalanıb, klubu 300 manat cərimələnib.

“Hypers Guba”nın futbolçusu Ağabəkir Həşimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurub. O, bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyun cəzalanıb. “Hypers Guba” 300 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər Quba komandası tərəfindən ödəniləcək.

İdman.biz