Mahir Emreliyə Almaniyadan daha bir təklif

26 May 2025 14:07
365
Mahir Emreliyə Almaniyadan daha bir təklif

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın daha bir klubunun maraq dairəsinə düşüb.

İdman.biz Almaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Fortuna”nın hədəfindədir.

Düsseldorf klubu yayda azad agent statusu alacaq forvardı ələ keçirmək istəyir. Mahirin keçidini klubun Direktorlar Şurasının üzvü Klaus Allofs və idman direktoru Kristian Veber istəyir.

“Nürnberq”lə müqaviləsi başa çatmaqda olan Mahir “Sankt Pauli” və “Kayzerslautern”in də hədəfindədir. Hücumçunun özü də Almaniyada qalmaq istədiyindən “Fortuna” bundan yararlanmaq iddiasındadır.

Qeyd edək ki, “Fortuna” 2-ci Bundesliqada mövsümü 6-cı yerdə başa vurub.

İdman.biz