I Liqanın çempionu adını qazanan “Qəbələ”də ciddi dəyişikliklər baş verməyəcək.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, komandanın özəyini akademiyada yetişən gənclər təşkil etdiyindən, onların komandada saxlanılması vacib sayılıb.
Hələ ki, yalnız Emil Süleymanovun “Şamaxı”da icarə əsasında oynayacağı dəqiqləşib.
Növbəti mövsümdə bölgə təmsilçisinin heyətində olmayacaq iki nəfərin adı bizə məlumdur.
Nigeriyalı Oke Okoveçi ilə yollar ayrılıb. Daha doğrusu, hücumçu ilə nəzərdə tutulan icarə müqaviləsi başa çatdığından, o, “Krivbass”a qayıtmalı olub.
İdman.biz