"Xankəndi"nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"

Xəbərlər
23 May 2025 02:19
52
"Xankəndi"nin baş məşqçisi: "Uğurlu çıxışı II Liqada davam etdirmək istəyirik"

"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq".

İdman.biz xəbər verir ki, bunu "Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca deyib.

O, AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmalarını şərh edib: "Bunu bacardığımız üçün çox xoşbəxtik. Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".

Qeyd edək ki, "Xankəndi" növbəti mövsümdə ölkəmizi UEFA Region Liqasında təmsil edəcək.

İdman.biz