Mahir Emreliyə Almaniyadan daha bir müştəri – “Kayzerslautern”

Xəbərlər
22 May 2025 17:32
59
Mahir Emreliyə Almaniyadan daha bir müştəri – “Kayzerslautern”

Almaniyanın daha bir klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin xidmətində maraqlıdır.

İdman.biz xəbər verir ki, “Kayzerslautern” 28 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

2-ci Bundesliqa təmsilçisi Mahiri azad agent kimi ələ keçirməyi planlaşdırır. “Nürnberq”lə müqaviləsi uzadılmadığı üçün yayda klubsuz qalacaq forvard “Kayzerslautern”in hücum xəttini gücləndirməlidir.

Mahir “Köln”ə keçəcəyi gözlənilən Raqnar Açeni əvəz etməlidir. Klubun icraçı direktoru Tomas Hengen və idman direktoru Marsel Klos millimizin hücumçusunu komandada görmək istəyirlər.

Qeyd edək ki, Emreli Almaniyanın digər klubu “Sankt Pauli”nin də maraq dairəsindədir.

İdman.biz