Avropa Liqasının finalı biabırçılıqla yekunlaşıb.
İdman.biz xəbər verir ki, xoşagəlməz hadisə mükafatlandırma mərasimində yaşanıb.
Qalib komanda üçün ayrılan medalların sayı yetərli olmayıb. Bu üzdən “Tottenhem”in bəzi futbolçuları medalsız qalıblar.
UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. Bundan sonra qurum başçısı boş qalan mükafat qutusunu nümayəndə ilə müzakirə etməli olub.
Çeferin növbədə medalını gözləyən Rodriqo Bentankur və Kristian Romeronun əlini sıxmaqla kifayətlənib. Xın-Min Sonla söhbət edən Çeferin ona kuboku verib. Yekunda bu üç futbolçu qızıl medallarsız, kubokla şəkil çəkdirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, “Tottenhem” finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib.
İdman.biz