Kurban Berdıyev: “Əsl futbol bayramı alındı”

Xəbərlər
20 May 2025 11:44
48
Kurban Berdıyev: “Əsl futbol bayramı alındı”

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə Bakıda keçiriləcək dünya çempionatına həsr olunan “Legends Cup”da “Neftçi 2000-lər”lə görüşdə “Premyer Liqa məşqçiləri”nin baş məşqçisi olan Kurban Berdıyev təəssüratlarını bölüşüb.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, “Turan Tovuz”un baş məşqçisi bildirib ki, Milli Gimnastika Arenasında əsl futbol bayramı yaşanıb:

“Çox yaxşı tədbir idi. Burada iştirak etmək, futbol veteranları ünsiyyətdə olmaq mənim üçün çox xoş oldu. Pozitiv əhval-ruhiyyədəm. Əsl futbol bayramı alındı”.

İdman.biz