“Legends Cup” kuboku təqdim olunub - FOTO/VİDEO

Xəbərlər
19 May 2025 21:38
65
“Legends Cup” kuboku təqdim olunub - FOTO/VİDEO

Bakıda minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə ölkə futbolunun əfsanələri arasında matçda “Premyer Liqa məşqçiləri” ilə “Neftçi 2000-lər” komandaları qarşılaşıblar.

Görüş 1:1 hesabı ilə başa çatıb və “Premyer Liqa məşqçiləri” penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəliblər. Qalib komandaya “Legends Cup” kuboku təqdim olunub. Mükafatları Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim ediblər.

Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı mayın 21-də start götürəcək.

İdman.biz