"Psixoloji olaraq komanda çempionata tam hazırdır".
İdman.biz xəbər verir ki, bunu Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, mundiala hazırlıqlar yüksək səviyyədə aparılıb: "Federasiya bizə hər cür şərait yaradıb. Evdə oynamağın yükü daha ağırdır, çünki məsuliyyət ikiqat artır. Birinci oyundan çox şey asılıdır. Yaxşı start verə bilsək, gerisi də yaxşı olacaq. Bu bizim ikinci dünya çempionatıdır. Yaxşı nəticə qazanmağı çox istəyirik və buna uyğun da hazırlaşmışıq".
Qeyd edək ki, mayın 21-də start götürəcək mundialda millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olacaq.
İdman.biz