Mahir Emreli 2-ci Bundesliqada rəmzi komandada - FOTO

Xəbərlər
19 May 2025 14:29
44
Mahir Emreli 2-ci Bundesliqada rəmzi komandada - FOTO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, 28 yaşlı hücumçu Almaniyanın 2-ci Bundesliqasında turun rəmzi komandasına daxil edilib.

“Nürnberq”in forvardı mövsümün son turunda fərqlənib. O, XXXIV turun “11-liy”ində yer alıb.

Buna Mahirin son turdakı oyunu səbəb olub. Futbolçumuz Braunşveyq “Ayntraxt”ı ilə qarşılaşmada (4:1) het-trikə imza atıb.

Qeyd edək ki, bu, Emrelinin “Nürnberq”də son matçı olub. Onun başa çatan müqaviləsinin uzadılmamasına öncədən qərar verilib.

İdman.biz