"Sabah"ın keçmiş baş məşqçisi ilk çempionluğuna doğru

Xəbərlər
18 May 2025 10:47
76
"Sabah"ın keçmiş baş məşqçisi ilk çempionluğuna doğru

"Sabah"ın keçmiş baş məşqçisi Murad Musayev karyerasında ilk çempionluğa yaxındır.

İdman.biz xəbər verir ki, onun çalışdırdığı "Krasnodar" Rusiya çempionatı çərçivəsində səfərdə "Orenburq"u 2:1 hesabı ilə məğlub edərək ikinci yerdəki "Zenit"i 4 xalla qabaqlayır.

Musayevin komandası artıq bu gün tarixində ilk dəfə ölkə çempionu tituluna sahib çıxa bilər.

Bu, "Zenit"in səfərdə "Rostov"a uduzması halında baş verəcək. Əgər bu matçda qonaqlar 3 xal qazansalar, o zaman "Krasnodar" sonuncu turda evdə Moskva "Dinamo"sunu məğlub edəcəyi halda çempionluğu qazanacaq. Əks halda, çempionatın lideri "Zenit"in "Axmat"la son oyunda büdrəməsinə ümid etməli olacaq.

Qeyd edək ki, Murad Musayev 2021-2024-cü illərdə Azərbaycanın "Sabah" komandasını çalışdırıb.

İdman.biz